Bakıda iki uşaq və bir nəfər qadın qaynar sudan yanıb.
Bizimaz.az: Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Verilən məlumata görə, yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22:32-də daxil olub.
Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həki briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıg şöbəsinə çatdırıb.
İlkın diaqnoz aşağı ətrafların 2ci və 3 cü dərəcəli termiki yanığı.
Deyilənə görə qaynar su dağılıb.