Bakı şəhər sakininə qarşı 256 min dollarlıq dələduzluq edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.
Məlumata görə, 1965-ci il təvəllüdlü İntiqam Hüseynov Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək ötən ilin may ayında 1964-cü il təvəllüdlü Nazim Pənahovun ondan 256 min ABŞ dolları aldığını, indiyədək qaytarmadığını bildirib.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.