Tanınmış ekstrasens Nadim Əlixanov güllələnib.
Bizimaz.az: Bakı.vs-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.
Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Əlixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.
Nadim Əlixanovun qardaşı Nofiq Əlixanov faktı təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.