Xəbər lenti

 

 

Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

 

Bizimaz.az: Hadisə ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycanın Ukraynadakı diasporunun rəhbəri Hikmət Cavadov qətllə bağlı bir sıra detalların üstünü açıb:

“Hadisəni törətdiyi deyilən şəxs mərhum Cavid Hacıyevlə birinci kursda eyni qrupda oxuyub. Sonradan o, universitetdən qovulub. Buna baxmayaraq, onların araları yaxşı olub, daim münasibət qurublar. Şübhəli bilinən şəxs Almaniyadan Ukraynaya gəlib və Cavid Hacıyevlə bir mənzildə kirayədə yaşayıblar. Məhz bundan 2-3 gün sonra da otaqda gəncin nəşi tapıldı.

Qətlin kim tərəfindən törədilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq mərhum Cavid Hacıyevin nəşi tapılana qədər şübhəli bilinən şəxs Ukrayna sərhədindən Moldovaya qaçıb. Bu da onun qatil olması ilə bağlı mərhumun ailəsinin irəli sürdüyü ittihamları daha da gücləndirir.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Cinayətin motivləri hələ də bəlli deyil”.

Hikmət Cavadov baş verən hadisə ilə bağlı Azərbaycan mediasına dərhal məlumat verilməməsinin səbəbini də açıqlayıb:

“Özümüz hadisə ilə bağlı Azərbaycan mediasına məlumat vermədik. Çünki mərhumun ailə üzvləri yaxınlarının ölümü ilə barışmayıb intihar edə bilərdilər. Ancaq meyitin tapıldığı gün Kiyev polisindən mərhumun anasına məlumat verilmişdi və o, hadisə yerinə gəlmişdi.

Bu hadisə ilə bağlı Azərbaycan Prokurorluğundan verilən notaya gəldikdə isə... Məncə, buna ehtiyac yox idi. Onsuz da baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları aidiyyəti üzrə addımlar atmalıdır və atır”.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Belə ki, İqtisad Universitetində magistr təhsili alan 22 yaşlı Cavid Hacıyevin Kiyevdə öz həmyerlimiz 23 yaşlı Əli Abdullayev tərəfindən öldürüldüyü iddia olunur.

Ukrayna KİV-in yazdığına görə, hadisə Çiqorin küçəsində baş verib və Cavidin nəşi üç gün sonra aşkarlanıb. Qonşuların evdən pis qoxu gəlməsi haqda şikayətindən sonra mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 22 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıblar.

Oradan, eyni zamanda, benzinlə çalışan mişar, üç konistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər götürülüb. Ehtimala görə, cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.

Mərhum Cavid Hacıyev rəqqas imiş. Onun Azərbaycanın məşhur incəsənət xadimi Telman Hacıyevin nəvəsi olduğu bildirilir.

Anası isə Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır.

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
24 May 2022 Əsgərlikdə ola-ola Bakıda avtoşluq etdi
19 May 2022 İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
16 Fevral 2022 Nəcməddin Sadıkovun qəza törətməsi TƏSDİQLƏNDİ
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov