Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.
APA-nın məlumatına görə, hadisə bir qədər əvvəl rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb.
Dərs vaxtı məktəbin tavanı çöküb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Şagirdlər təhlükəsiz əraziyə çıxarılıb.
Yerli sakinlərin dediyinə görə, 1967-ci ildə istifadəyə verilən məktəb qəzalı vəziyyətdədir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Boluslu Kənd orta məktəbində 232 şagird təhsil alır.
***
Goranboy rayon icra başçının birinci müavini Ceyhun Həsənov Trend-ə bildirib ki, hadisə ötən gecə baş verib:
"Orada əslində tavan deyil, sadəcə xırda bir taxta mismarlarından çıxaraq qopub. Hazırda hadisə baş vermiş otağın qapısı bağlıdır və şagirdlərin içəriyə girişi qadağan edilib".
C.Həsənov əlavə edib ki, məktəbin binası köhnədir və yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək.