İmişli rayonunda dəhşətli yol qəzası baş verib.
Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü İlqar Əliağa oğlu Şamxalov idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirib və avtomobil yoldan çıxaraq ərazidən keçən su kanalına aşıb.
Hadisə nəticəsində sürücü və sərnişinləri - sürücünün qardaşı, 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci il təvəllüdlü Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.
Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.
istinad