Bakıda 4-cü mərtəbədən yıxılan 4 yaşlı qız möcüzə nəticəsində sağ qalıb.


Bizimaz.az BAKU.WS-ə istinadən
 xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Bu barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub. Daxil olan məlumata görə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, bina 95, mənzil 67-də yaşayan 2015-ci il təvəllüdlü Püstəxanım Pərviz qızı Muradxanlı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində uşaq ağır xəsarət alıb. Onu təcili yardımının həkimlərinin köməkliyilə xəstəxanaya aparıblar.

Hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.