Bu gün Neftçala rayonunun Kürkənd kəndi ərazisində bədbəxt hadisə nəticəsində balıq ovlayan 23 yaşlı oğlan dünyasını dəyişib.
Bizimaz.az virtualaz.org-a istinadən xəbər verir ki, kənd sakini Murad Mübariz oğlu Hüseynov balıq göllərinin çıxar sularının yoplandığı kanalda balıq tutarkən öz qurduğu xırda “gözlü” tora düşərək suda batıb.