İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub.
Bizimaz.az: Səhiyyə Nazirliyindən Axar.az-a bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.
"Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərər bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər", - nazirlikdən bildirilib.
Qeyd edək ki, ötən gün Şəkidə toyda 21 nəfər zəhərlənib.