Bakının Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib.
Nərimanov Rayon İcra hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun Heydər Əliyev prospekti, 133c ünvanında baş verib.
Həmin ünvanda yerləşən fərdi şəxsə məxsus boya sevində qəfil yanğın hadisəsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hələlik yanğın tam söndürülməyib. İlkin məlumata görə, hələlik hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. (Trend)
***
Bakı Nəqliyyat Agentliyi də baş verən bağlı məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələrini xahiş edilir.
***
Bakıda güclü yanğın başlayıb.
Hadisə Heydər Əliyev prospekti 103A ünvanında qeydə alınıb.
Məlumata görə, yanğın sözügedən ərazidə yerləşən boya sexlərindən birindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, xəsarət alan yoxdur. (oxu.az)