Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 35 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, 45 gün ərzində 183 nəfər suda boğulmaqdan xilas edilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Lökbatan, Şüvəlan, Böyük Həmyə, Bilgəh, Qızılqum, Nardaran, Türkan, Dübəndi, Bakı, Buzovna, Mərdəkan, Neftçala, Corat, Novxanı, Şıxov, Zuğulba-3, Nardaran-2, Mingəçevir, Suraxanı, Lənkəran sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.
Lənkəranda 1, Salyanda 2, Bakıda 18, Sumqayıtda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Xaçmazda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.(Azvision.az)