Dünən Qızıl Qum çimərliyində boğulan Fərman İsaqovun meyiti tapılıb.
Bizimaz.az: Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü F.İsaqov dənizdə bir neçə nəfərin boğulduğunu görüb. Onları xilas etməyə çalışarkən özü batıb.
O, Azərbaycan Texnologiya Universitetinin üçüncü kurs tələbəsi olub.