Şəkidə Xan Sarayının qarşısında yerləşən Xan Çinarın budaqları qırılıb və ərazidə olan turistlərin üzərinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Şəki Şəhər Mərkəzi Xəstəxanasından məlumatı Publika.az-a təsdiqləyiblər. Bildirilib ki, əraziyə təcili yardım briqadaları göndərilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.