Ötən gün Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş dəhşətli avtoqəzada dünyasını dəyişən şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu Fərhad Poladovun sevgilisi Ülkər Abbaslı onunla bağlı paylaşım edib.
Bizimaz.az: News24.az-a istinadən xəbər verir ki, o instagram hesabında paylaşım edərək bunları yazıb:
"Mənim dörd ilim, mənim sevgilim, mənim nəfəsim idin. Sənsiz 1 günüm yox idi. Səninnlə nəfəs alırdım. Üzümün gülməyinə səbəb idin. Arzularımız var idi. Səni dünən özüm yola saldım. Ömrüm, bilsəydim ömürlük gedəcəksən qoymazdım səni. Kaş yanında olardım. Bu gün rayona gedəcəkdik. Fərhadım, səndən sora həyatım necə olacaq bilmirəm. Ölərəm qalaram bilmirəm, amma sən mənim ömrümün axrına qədər ürəyimdə olacaqsan.
Sən öləcək oğlan deyildin. Məkanın cənnət olsun. Allah günahlarını əhv etsin. Yaxşı ki, həyatımda oldun. Yaxşı ki, 4 ilimi sənə həsr etdim. Sənin kimi oğlan birdə gəlmiyəcək. Səni çox sevirəm. İçim qan ağlayır. Ürəyimə dağ çəkib, dərd verib getdin. İnşallah yanına tez gələrəm".