Zığ şosesində fərdi yaşayış evləri yanır.
Bizimaz.az: Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.