"Son 3 günümü xəstəxanada keçirdim. Təkrarlanan qəfil başdönmələri, aritmiya ilə Mərkəzi Gömrük Hospitalına müraciət etdim".
Bizimaz.az: Publika.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, mükəmməl, qayğıkeş, savadlı həkimlərimiz, dünya standartlarında xəstəxanamız var: "Eyni simptomla Londonda da xəstəxanada oldum, müayinələrdən keçdim. Türkiyədə də ən məşhur xəstəxanalarda ya özüm, ya da yaxınlarım müayinə - müalicələrdən keçiblər. Müqayisə üçün çoxlu predmet var yəni. Birmənalı şəkildə deyirəm ki, Gömrük Hospitalı da daxil olmaqla, Azərbaycanın bir neçə xəstəxanası və xüsusilə həkimləri heç nə ilə geri qalmırlar. Artıq xaricə getməyə, əlavə məsrəflər etməyə heç gərək qalmayıb.
Belə mükəmməl tibb ocağı qurduqlarına görə Gömrük Komitəsinə, hospitalı saat kimi dəqiq işlədən baş həkim Elman Məmmədova, dünyaca məşhur kardio-cərrahımız, dəyərli millət vəkilimiz, ailəmizin iki üzvünün ürəyini əməliyyat edib, onlara həyat verən, bu dəfə isə qayğısını məndən əsirgəməyən Rəşad Mahmudova, kardioloq Günay Məmmədovaya, möcüzələr yaradan nervpotoloq, dəyərli həkimim Lala İbrahimova-Hesenovaya, tibb bacılarına, bütün personala minnətdaram.
Həm müayinə, həm müalicə olundum, həm dincəldim, qısa müddətdə formaya qayıtdım. Allah bütün xəstələrə şəfa versin!"