Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib. Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.
Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.
Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)