Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının rayonun Atbulq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə Rusiya vətəndaşı olan azərbaycanlılar hadisə yerində ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)