Bu gün “Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasında bir qadın intihara cəhd edib.
Bizimaz.az: Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hadisə 09:35 radələrində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan bir qadın özünü “Həzi Aslanov”dan “28 May” üzrə hərəkət edən qatarın altına atıb. İntihar etmək istəyən qadın sağ qalıb. O, xilas edilərək, təcili tibbi yardıma təhvil verilib.
Hadisə nəticəsində qatarların hərəkətində fasilə yaranıb. Lakin artıq hərəkət bərpa olunub.