Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizimaz.az :: Dünən Pirallahı qəsəbəsində yerləşən 10 saylı Birləşmiş Şəhər xəstəxanasına 1985-ci il təvəllüdlü Əsgərova Samirə Yusif qızı gətirilib.
Qadının əməliyyat yolu ilə uşaq dünyaya gətirməsinə qərar verilib və o, saat 15-də əməliyyatxanaya aparılıb. Lakin 34 yaşlı qadın saat 17 radələrində doğuş zamanı qanitirmədən ölüb.
Bildirilir ki, doğuş zamanı asfiksiya (kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır -red.) ilə oğlan dünyaya gəlib. Hazırda körpənin vəziyyəti orta-ağırdır.
publika.az