Ötən gecə müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq rayonda evlərə, işıq və qaz xətlərinə ziyan dəyib.
Bizimaz.az: Bu barədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, güclü külək və dolu nəticəsində dəymiş ziyanın məbləği Rayon Fövqəladə Hallar Komisiyyası tərəfindən araşdırılır:
“Müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq fərdi evlərə ziyan dəyib, dam örtüyü uçub. Həmçinin küçədə olan avtomobillərə ziyan dəyib.Dünən axşam saatlarından rayon ərazisində təbii qaz, işıq və suyun verilişində problem yaranmışdı. Elektrik xətlərinə dəymiş ziyan aradan qaldırılıb, bəzi ərazilərdə təbii qazın verilişdə problem qalır. İçməli su ilə bağlı problem də aradan qaldırılır”.