Xəbər lenti



Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində “Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən sərxoş “sürücü”nün kimliyi müəyyənləşdirilib.

 

Bizimaz.az  xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-a bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb:

“Bu, həmin ərazidə kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir. Müayinə zamanı Sənan Kərimovun sərxoş olduğu müəyyənləşib. Hazırda Binəqədi rayon Polis İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

O.Mansurzadə qeyd edib ki, hadisə zamanı 9 nəqliyyat vasitəsi zərər görüb:

“Nəqliyyat vasitələrinə dəymiş zərər müəyyən edildikdən və araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

DİN rəsmisinin sözlərinə görə, maşınları əzən “Land Cruiser” avtomobilinin  sahibi xaricdə yaşayır:

“O, avtomobilin açarlarını qonşusuna həvalə edərək, müəyyən vaxtlarda mühərrikin işə salmağı xahiş edib. Sənan Kərimov da bundan istifadə edərək belə xoşagəlməz hadisəni törədib”.

Qeyd edək ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəydiyi bildirilir. Əzilən avtomobillərin arasında son model “Land Cruiser”, “X-Trail”, “Passat”, “Range Rover”, “Mercedes”, “Niva” və s. var.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, “Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir. Avtomobilin sahibi Rafiq adlı şəxsin Türkiyədə yaşdığı qeyd edilir.

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
24 May 2022 Əsgərlikdə ola-ola Bakıda avtoşluq etdi
19 May 2022 İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
16 Fevral 2022 Nəcməddin Sadıkovun qəza törətməsi TƏSDİQLƏNDİ
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov