Türkiyədə bir aydır itkin düşən azərbaycanlı qız tapılıb.
Bununla bağlı Türkiyənin ATV telekanalında yayımlanan “Müge Anlı ilə Tatlı Sert” proqramında məlumat verilib.
Bildirilib ki, Aytən Hüseynova martın 18-də itkin düşübmüş. O, verdiyi açıqlamada Antalyada olduğunu, burada zorla saxlanıldığını və təhdid edildiyini bildirib.
Qeyd edilib ki, sonuncu dəfə Aytəni Əmrah adlı şəxslə birlikdə görüblər. Onun borclu olduğu şəxslər tərəfindən qaçırıldığı ehtimal edilir.
O artıq ailəsinə qovuşub.