Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Rüstəm Şəkərli ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.