Avtomobil qəzası keçirən Əməkdar artist Mehriban Xanlarovanın səhhəti pisləşib.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, aktrisa dünən M.Xanlarova Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində avtomobil qəzasına düşüb. Məlum olub ki, keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban Xanlarovanın ciddi problemlər yaranıb. Bu barədə aktrisanın sosial şəbəkədəki səhifəsində köməkçisi məlumat verib.
"Qəza nəticəsində Mehriban xanımın səhhətində ciddi problem yaranıb. Hazırda vəziyyəti orta-ağırdır. Sizin dualarınıza ehtiyacı var" , - deyə köməkçisini qeyd edib.
Hadisə nəticəsində aktrisanın ayağı sınıb.