Hazırda Bakının 9-cu mikrarayon ərazisi, Mir Cəlal 139 ünvanında yerləşın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində güclü yanğın başlayıb.
Axar.az xəbər verir ki, yanğınsöndürən maşınları hadisə yerinə gəlib.
***
FHN Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.