İstirahət günlərində Azərbaycanın avtomobil yollarında baş vermiş qəzalar səbəbindən 7 nəfər həyatını itirib.
Bizimaz.az: şənbə günü Respublika yollarında 7 ağır avtomobil qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb. Belə ki, İsmayıllıda minik avtomobilinin aşması 3 nəfərin həyatını itirməsinə, daha 1 nəfərin isə yaralanmasına səbəb olub. Nərimanov və Zaqatala rayonlarında da yol qəzaları insan itkisinə səbəb olub.
Bazar günü isə ölkə yollarında 8 avtomobil qəzası baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib, daha 11 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hər bir faktla bağlı araşdırma aparılır.