Dərbəndin rəhbəri Maqomed Cəlilovun həbs videosu yayılıb.
Axar.az xəbər verir ki, video Rusiya İstintaq Komitəsinin Yutub səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Cəlilovun evində və ofisində Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dünən axtarış aparılıb. Bundan sonra o, Moskvaya göndərilib. Rusiya İstintaq Komitəsi isə onu külli miqdarda mənimsəmədə ittiham edib.
Cəlilov 2018-ci ilin martında torpağın qanunsuz satılmasında şübhəli bilərək saxlamışdı. Mahaçqala məhkəməsi daha sonra onu ev dustaqlığına məhkum etmişdi. Məhkəmədən 8 ay sonra Cəlilovun üzərindən bütün şübhələr götürülmüş və o yenidən Dərbənd rayonuna rəhbər gətirilmişdi.
Cəlilov 2015-ci ilin noyabrından Dərbənd rayonuna rəhbərlik edir.