Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın hadisəsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Bizimaz.az: Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, hadisə məcburi köçkünlərin Babək prospektində yaşadığı yataqxanada baş verib:
“Əslində heç yanğın deyil, sadəcə tüstüləmə olub. 45 yaşlı kişi panikaya qapılaraq özünü pəncərədən atıb. Hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılır”.
S.Əhmədovanın sözlərinə görə, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.