Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib.
Bizimaz.az xəbər verir ki, paytaxt sakini, 1967-ci il təvəllüdlü Xanbabayeva Zülfiyyə Güloğlan qızının xeyli miqdarda pulunu oğurlamış Şirinova Əntiqə Nəriman qızına qarşı cinayət işi açılıb.
Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanan işin materialları məhkəməyə göndərilib.
Məhkəmənin ilk iclası aprelin 18-də saat 10:30-da keçiriləcək.
Qeyd edək ki, Xalq artiasti cinayət işində yeganə zərərçəkən kimi tanınıb.