162 nömrəli tam orta məktəbdən Publika.az-a verilən məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb.
İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Bizimaz.az: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, ağ ciyərin əzilməsi, yumşaq toxumaların əzilməsi diaqnozu ilə daxil olub xəstəxanaya, lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır stabildir hazırda reanimasiyadadır.
*****
13:45
Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.(Report)
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
“Həkimlərin ilkin tibbi yardım göstərilib və xəstə dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir, vəziyyəti ağırdır”.