Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı onun əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.