Bakı şəhərinin Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara maddi yardım göstərilməsi ilə bağlı qaydalar hazırlanır. Bu barədə
Azvision.az -a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.
O deyib ki, qaydalar təsdiq olunduqdan sonra sahibkarlara maddi yardım göstəriləcək.
Qeyd edək ki,
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən
Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Aytən Zəhra