Xəbər lenti

Taleh Bağırovun görüşünə gələn arvadı həbsxanaya telefon keçirmək istədi və...
 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bizimaz.az: Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, martın 20-də Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 234.1; 67.1-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Səlimov Kamran Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Bakı şəhər sakini Kərimova Nahidə Yunus qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasının içində 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Martın 21-də isə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələrinə əsasən 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Bundan başqa, martın 21-də Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Axundov Fərman Ağadadaş oğlunun qısamüddətli görüşə gəlmiş Bakı şəhər sakini Axundov Cavanşir Ağadadaş oğlunun üzərinə baxış keçirilərkən metadon həbləri aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
24 May 2022 Əsgərlikdə ola-ola Bakıda avtoşluq etdi
19 May 2022 İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
16 Fevral 2022 Nəcməddin Sadıkovun qəza törətməsi TƏSDİQLƏNDİ
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov