Zərdab rayonunda zəlzələ olub.
Bizimaz.az: Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, ilkin vaxtlara əsasən saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, ötən gün Şamaxı və Ağsu rayonlarında da zəlzələ olub.