Ötən gecə Şəmkirdə ağır yol qəzası baş verib.
Bizimaz.az xəbər verir ki, Bakı-Ələt-Qazax magistralının Şəmkirin Sabir kəndindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili 1942-ci il təvəllüdlü Çingiz Hacıyev və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Hacıyevanı vurub.
Ağır xəsarət alan piyadalar xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq Çingiz Hacıyevin həyatını xilas etmək mümkün olmayıb
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.