Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Bizimaz.az: FHN-dən daxil olan məlumata görə, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.