Azərbaycandan Moskvaya gedən mikroavtobus Stavropol ərazisində qəzaya düşüb.
Bizimaz.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol Şəhər İdarəsindən informasiya yayılıb.
Məlumata görə, qəza qarşıdan gələn ZİL markalı yük maşınının hərəkət zolağından çıxaraq qarşı yola keçməsi nəticəsində olub. Toqquşma zamanı 6 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
***
Yaralılar Nevinnomıssk xəstəxanasına yerləşdirilib. Onların hamısnını Azərbaycan vətəndaşları olduğu bildirilir.
***
Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.
Report xəbər verir ki, ölən və yaralıların hamısı Ağcabədi rayonundandır.
Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur.
Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib.