Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, hadisə yerinə Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon şöbələrinin yanğınsöndürən maşınları və əməkdaşları, Post Patrul Xidməti cəlb olunub.
Bizimaz.az :Polis ətrafdakı yolları bağlayıb. Yanğın nəticəsində yaranan qatı tüstü ətrafa yayılıb. tüstüdən 100 metrədək məsafə görünmür.
Yanğın baş verən obyektin yaxınlığında 2 məktəb binası və yaşayış evləri yerləşir.
***
Səhər saatlarında 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.
Publika.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir.
Yanğın nəticəsində xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.