Bir neçə gündür əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.
Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, meyitin fevral ayının 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərviz Quliyevə məxsus olduğu deyilir.
SumqayIt şəhərində, dəniz kənarında asılmış aşkarlanan meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, P. Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.