Azərbaycana məxsus təyyarə hava limanına eniş edərkən zolaqdan kənara çıxıb.
Bizimaz.az Oxu.Az-a istiadən xəbər verir ki, hadisə “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enişi zaman baş verib.
Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. İlkin məlumatlara görə, təyyarəyə ziyan dəyməyib.
Bu barədə məlumatı Oxu.Az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski təsdiqləyib.