Bakıda avtomobildən oğurluq edilib.
Bizimaz.az Publika.az -a istinadən xəbər verir ki, ötən gecə Peyman Sadıqova məxsus olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli "Mitsubishi Pajero"nun şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.
Avtomobildən sənədlər və bank kartları oğurlanıb. Bundan başqa maşındakı videoreqistrator da götürülüb.
Qeyd edək ki, zərərçəkən P.Sadıqov jurnalistdir. O, baş vermiş hadisə ilə bağlı feysbuk səhifəsindən məlumat yayıb.