Bakıda evdə odun sobası partlayıb.
Bizimaz.az :Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.
Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.
Nəticədə odun sobası partlayıb.
N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
M.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 19-u saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib.
Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar.
Ailənin 1 yaşlı övladının bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub. Tənəffüs yolları yanan uşağın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub. Uşaq dünən 11:20-də dünyasını dəyişib.
Ailənin 2012-ci il təvəllüdlü qız övladının isə bədənin 50-55 faizi yanıb. Ona 3 a və 3 b dərəcəli yanıq diaqnozu qoyulub, uşağın vəziyyəti ağır stabildir.