BŞ-ın Texas ştatının Şarlot şəhərində azərbaycanlı iş adamı Elçin Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən şəxs bazar ertəsi polis tərəfindən saxlanılıb.
Bizimaz.az Bu barədə “Fox46charlotte” məlumat yayıb.
Dallasda yaxalanan Tayron Lamark Millerə qarşı adam öldürmə, odlu silahla qarət, qanunsuz olaraq odlu silah saxlama ittihamları üzrə cinayət işi açılıb.
Xatırladaq ki, cinayətkar yanvarın 14-də yerli vaxtla səhər 11:00 radələrində Şeron Eymiti Road küçəsində yerləşən, 29 yaşlı Elçin Xəlilovun sahib olduğu mobil telefonların təmiri dükanına silahlı basqın edib.
Miller mobil telefonları və kassadakı pulları oğurlamağa çalışsa da, tərəflər arasında yaşanan gərginlikdən sonra Miller Xəlilova boyun nahiyəsindən atəş açıb. Xəlilov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, qaradərili şübhəlinin yaxalanmasında yerli hüquq-mühafizə orqanlarına Federal Təhqiqatlar Bürosu və Dallas polis idarəsi də yardım edib.