Xəbər lenti


- Qeyd edək ki, hələ keçən ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsi olduqca səs-küylü və narahatçılıq yaradan bir qərarı ilə diqqətə gəldi. Söhbət dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun cinayət işi üzrə keçirilən məhkəmə işində hakim Eldar İsmayılovun verdiyi qərardan gedir. Xatırladaq ki, prokuror şirkət rəhbəri olan və 3 nəfərə qarşı 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq etməkdə ittiham edilən Məsud Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 
Bizimaz.az DİA.az-a istinadən bildirir ki,  İttihamda göstərilirdi ki, Məsud Əhmədov Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə dövründə Məsud Əhmədov sadəcə Cahangir Alışovla barışıq əldə edə bilməmişdi. Sonradan ona qarşı bu ittiham əsassız olduğu barədə qənaətə gəlinib və ona bəraət verilib.
Amma bütün bunlara baxmayaraq Məsud Əhmədov şübhəli şəkildə bəraət alır ki, sözügedən işlə bağlı DİA.AZ-a maraqlı informasiyalar daxil olub.
İlk başdan xatırladaq ki, artıq Məsud Əhmədovun bəraət hökmündən prokuror Mübariz Misirli və zərəçəkmişlər “Yeni Yasamal” MTK, Cəfərov Faiq Yamən oğlu, Cəfərzadə Cəfər Xanəhməd oğlu tərəfindən apellyasiya protesti verilib. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatında olan işin məhkəmə baxışı 4 mart tarixinə təyin edilib.
Qeyd edək ki, Məsud Əhmədov “Narınc” Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovanın atasıdır. Bu barədə DİA.AZ-a verilən xəbərdə deyilir.
Məlumata görə, Məsud Əhmədov 2007-09-cu illərdə “Yeni Yasamal” MTK-dan əsaslı surətdə talan etdiyi, dələduzluqla mənimsədiyi sərmayə nəticəsində bugünkü gündə varisi olaraq pillələri cüt-cüt addımlayan qızı Narınc Rüstəmova ilə bağlı redaksiyamıza danışan mənbə bildirir: “Narınc Rüstəmova psixologiya mərkəzləri hesabına özünə az qala sarsılmaz imperiya yaradaraq qala divarlarını 9-cu mkr, “Xalqlar Dostluğu”, “Gənclik” və Gəncə filialları ilə hasarlayıb”.
“Bəs “Yeni Yasamal” MTK işində zərəçəkən sakinlərin taleyi Narınc Rüstəmova üçün nə qədər maraqlıdır və ümumiyyətlə, onun belə bir qayğısı varmı” deyə sual edən mənbə bildirir ki, atasının şübhəli şəkildə azadlığa buraxılmasında onun müstəsna iştirakı var ki, bu da narazı qalan Azərbaycan vətəndaşlarının təkrarən məhkəmə qapılarında qalmalarına nədən olub.
Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
24 May 2022 Əsgərlikdə ola-ola Bakıda avtoşluq etdi
19 May 2022 İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
16 Fevral 2022 Nəcməddin Sadıkovun qəza törətməsi TƏSDİQLƏNDİ
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov