Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və bu saatlarda təyyarə xüsusi reyslə birbaşa Bakıya yola düşüb. Ə.Qasımovun oğlunun "Qurd Qapısı" məzarlığında dəfn ediləcəyi gözlənilir.
Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində xizək sürərkən bədbəxt hadisə nəticəsində vəfat edib.