Azərbaycanın Dövlət laureatı, Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Tarix İnstitununun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri Tamilla Musayeva vəfat edib.
Bizimaz.az bildirir ki, "Report"un xəbərinə görə, T.Musayeva 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tamilla Həşim qızı Musayeva 1931-ci il dekabr ayının 31-də Bakıda anadan olub.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 100-dən çoxdur.