Xəbər lenti


Binə Atçılıq Mərkəzində prorektorun atını zəhərləyib öldürüblər.

 

Bizimaz.az Unikal.org -a istinadən xəbər verir ki, Bakı Mühəndislik Universitetinin maliyyə işləri üzrə prorektoru Yavər Məmmədovun Qarabağ cinsindən olan "Tamerlan" adlı atı ölüb. O, iddia  edir ki, onun atını zəhərləyib, öldürüblər:

"Bu at xüsusi Qarabağ cinsi idi və böyük keçmişi var idi. Mən bu atı Əmir Teymurun şərəfinə "Tamerlan" adlandırmışdım. Mən atı ana bətnində 7 aylığında olanda gözləmişdim. Artıq 10-cu ayı tamam olacaqdı. Xüsusi qulluq edilən at idi. Mən hər ay ailəmin büdcəsindən 300 manat Binə Atçılıq Mərkəzinə ödəniş edirdim. Ata vaxtı-vaxtında orda qulluq edirdilər və bu barədə federasiya rəhbərliyinin də məlumatı var idi. Çünki orada sənədsiz, sıradan atlar saxlanılmır. Binə Atçılıq Mərkəzində atlara gündə 5 dəfə qida verilir. Xüsusi qulluq olunan yerdə at necə zəhərlənə bilər? Yanvar ayının 19-u atımı görməyə getdim. Çox şux, sağlam idi. Heç bir problemi yox idi. Yanvar ayın 20-si mənə məlumat verdilər ki, atım "Tamerlan"ın səhhəti pisdir. Həkim birqadaları çağırıldı. Həkimlər bildirdilər ki, atınız zəhərlənib. Bu at zəhərlənmişdisə niyə səhər yardım göstərməyib, günortaya qədər saxlamışdılar? Orada atımı gözü götürməyən müəyyən adamlar var idi. Bilmirəm bunu hansı əliqurumuş, nanəcib, alçaq edə bilərdi? Mən hüquq-mühafizə orqanlarına da müraciət etməyəcəm. Mən o atı elə tərbiyələndirmişdim ki, ingilis atları belə ona çata bilməzdi. Atçılıq federasiyasının rəhbərliyi, baş katib Bəhruz Nəbiyev də məsələdən xəbədardır. Bəhruz Nəbiyevi dost bilirdim, amma onun mədəniyyəti çatıb, mənə zəng edib baş sağlığı belə vermədi. Azərbaycanın Qarabağ atı tələf oldu. Adamda vicdan, kişilik, mənlik olar. Onun oturduğu otaqla, atın qaldığı yer arasında 500 metr məsafə var idi. Amma o bu məsələ ilə maraqlanmadı. Keçən il parada görə məni təltif etmişdilər. Elçin Quliyevin bu məsələdən məlumatı olub-olmadığını bilmirəm. Mənə dünyanın bir çox yerlərindən tanınmış mütəxəssislər baş sağlığı verdi. Çox üzgünəm, o atı öz doğmam hesab edir, 17 aydır ona görə həyəcan keçirirdim. Mənim o atla bağlı arzularım var idi. Onun boynunda medal görmək istəyirdim".

Yavər Məmmədov bildirir ki, bu xoşagəlməz hadisə Binə Atçılıq Mərkəzində ilk deyil və bir dəfə də bahalı at tələf olmuşdu:

"Bir müddət öncə orada qiyməti 300-400 min olan at tələf olmuşdu. Buna görə cinyət işi açılmışdı. Məsələdən federasiyanın rəhbəri Elçin Quliyevin də xəbəri var idi. İşi şəxsi nəzarətinə götürmüşdü".

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov