SOCAR son günlərdə müşahidə edilən kəskin hava şəraitinin törətdiyi fəsadlarla bağlı məlumat yayıb.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, açıqlamada Neft Daşları NQCİ-nin istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydançanın çökdüyü bildirilib. Həmçinin qeyd edilib ki, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb.
"Palçıq-pilpiləsi” yatağında çökən meydançanın fotolarını təqdim edirik:
