
Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.
Bizimaz.az bildirir ki, “Report”un Kiyev bürosunun məlumatına görə, rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Hər iki azərbaycanlı maşın oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.
Qeyd edək ki, məlumatlara əsasən, son bir ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub.